Azərbaycanda uzunmüddətli dövrdə neft məhsullarına tələbatın ödənilməsi müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2026
17:30
0
0
1 216
ff aaaaaaa

Azərbaycanda uzunmüddətli dövrdə neft məhsullarına tələbatın ödənilməsi müzakirə olunub

07 apr, 2026
17:30
1 216

Azərbaycanda uzunmüddətli dövrdə neft məhsullarına tələbatın ödənilməsi müzakirə olunub

Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

"Report" bu barədə hökumətə istinadən xəbər verir.

Məlumata görə, iclasda Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrdə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda Şuranın və Holdinqin Müşahidə Şurasının üzvləri və dəvət olunanlar - Holdinqin İdarə Heyətinin (İH) sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq İH-nə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul