EBRD Gəncədə iki layihə üzrə kreditlərin istifadə müddətini uzadıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan hökuməti Gəncədə iki infrastruktur layihəsi üzrə kredit vəsaitlərindən istifadə müddətinin uzadılması barədə razılığa gəlib.
"Sizinxeber.az" xəbər verir ki, "Gəncə şəhərində küçələrin işıqlandırılması" layihəsi üzrə kredit vəsaitlərindən istifadə müddəti 2025-ci ilin sentyabrından 2027-ci ilin avqustuna qədər uzadılıb.
Layihə icra qrupu tərəfindən məsləhət xidmətlərinin satın alınmasında, habelə işıqlandırma sistemlərinin təchizatı və quraşdırılması üzrə tender prosedurlarının keçirilməsində yaranmış ləngimələr nəticəsində kredit vəsaitindən istifadə müddətinin uzadılması zərurəti yaranıb. Nəticədə 12,5 milyon avro məbləğində kredit müəyyən edilmiş müddətdə tam həcmdə istifadə olunmayıb.
"Gəncə şəhərində bərk məişət tullantılarının idarə edilməsi" layihəsi üzrə də analoji qərar qəbul edilib. 10 milyon avro məbləğində vəsaitin istifadə müddəti 2026-cı ilin dekabrına qədər uzadılıb.
Layihənin həyata keçirilməsi üçün icra qrupu yaradılmalı və həmin qrup tərəfindən məsləhət xidmətlərinin satın alınması həyata keçirilməli idi. Lakin məsləhət xidmətləri göstərəcək şirkətlə bağlanılacaq müqavilənin dəyərinin proqnozlaşdırılandan yüksək olması yaranacaq artıq xərclərin qarşılanması üçün əlavə texniki yardımın cəlb edilməsini zəruri edib. Təqdim olunan təkliflər EBRD-nin tələblərinə uyğun olmadığı üçün tender nəticələri ləğv edilib.
Qeyd olunan səbəblər sazişin imzalanmasından ötən 3 il ərzində kredit vəsaitindən istifadəni mümkünsüz edib, onun istifadə müddətinin uzadılmasını zəruri edib.
Xatırladaq ki, EBRD 202 layihə çərçivəsində Azərbaycana 3,629 milyard avro investisiya yatırıb.
Oxşar xəbərlər
EBRD Azərbaycanda su təchizatının qurulmasına 370 mln. avro kredit ayıra bilər
EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb
EBRD Azərbaycanda cari layihə portfelini yeniləyib
Azərbaycanda EBRD-nin cari layihə portfelinin dəyəri 950 milyon avroya düşüb
Azərbaycan EBRD ilə Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına dair kredit sazişi imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
