IFC Azərbaycana PPP layihələrinin icrasını asanlaşdırmağa kömək edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2026
12:00
0
0
1 260
ff aaaaaaa

IFC Azərbaycana PPP layihələrinin icrasını asanlaşdırmağa kömək edəcək

07 apr, 2026
12:00
1 260

IFC Azərbaycana PPP layihələrinin icrasını asanlaşdırmağa kömək edəcək

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə ölkədə Dövlət-Özəl Tərəfdaşlığı (PPP) layihələrinin icrasının asanlaşdırılması üzrə strategiya hazırlayacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2025-ci ilin yekunlarına dair hesabatında bildirilir.

Bundan başqa, IFC bu istiqamətdə əməkdaşların potensialının artırılmasında nazirliyə dəstək göstərəcək, bu məqsədlər üçün 212,5 min ABŞ dolları vəsait ayıracaq.

Yaxın 5 ildə IFC Azərbaycan üzrə maliyyələşdirməni 200-500 milyon ABŞ dollarına çatdıra bilər.

Xatırladaq ki, IFC son 30 ildə 60-dan çox layihənin maliyyələşdirilməsi üçün Azərbaycana 800 milyon ABŞ dollarından çox investisiya yatırıb. IFC-nin kapitalında ölkənin payı 0,12 %-dir (28 852 səhm), hökumət bu səhmlərə abunə yazılışı üçün 21,516 milyon ABŞ dolları ödəyib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul