Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2026
11:30
0
0
1 325
ff aaaaaaa

Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək

07 apr, 2026
11:30
1 325

Azərbaycanda girov aktivlərinin növləri dəqiqləşdiriləcək

Azərbaycanda təminatlı əqdlər üzrə tənzimləmə çərçivəsinin tətbiqi vəziyyəti qiymətləndiriləcək və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının təminatlı əqdlər üzrə inteqrasiya edilmiş hüquqi çərçivənin tətbiqi vəziyyətinə dair apardığı sorğuların nəticələri aidiyyəti tərəflərlə birlikdə müzakirə olunacaq.

Bu prosesə "Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birlikləri də cəlb ediləcək.

Müzakirələr əsasında mövcud çətinliklərin aradan qaldırılması üçün optimal həll mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin bu ilin iyulun 1-nə qədər həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, təminatlı əqdlər çərçivəsində girov kimi təmin oluna bilən daşınar aktivlərin, borcların və öhdəliklərin növləri ilə bağlı işlərin aparılması planlaşdırılır.

Bundan əlavə, təminat hüquqlarının prioritetliyi və onların həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Bu addımların kredit bazarında risklərin azaldılmasına və maliyyə resurslarına çıxışın genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul