ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb
sizinxeber.az xəbər saytı

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb


2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 76 milyon 397 min ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4 % azdır.

Hesabat dövründə Azərbaycandan ABŞ-yə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 11,5 %-dən 15,1 %-ə qalxıb.

İl ərzində ABŞ-dən Azərbaycana isə fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur.

Hesabat dövründə ABŞ-dən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 6 %-dən 8,6 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Oxşar xəbərlər

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycandan Gürcüstana pul köçürmələri 42 %-ə yaxın azalıb
Fiziki şəxslərin Azərbaycandan İtaliyaya pul köçürmələri təxminən 30 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər