Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
mar
2026
11:00
ff aaaaaaa

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

23 mar, 2026
11:00
569

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

2025-ci ildə Azərbaycandan Türkiyəyə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 145 milyon 736 min ABŞ dolları təşkil edib.

"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü illə müqayisədə 4 % azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 28,8 %-dən 28,9 %-ə qalxıb.

İl ərzində Türkiyədən Azərbaycana isə fiziki şəxslər 193 milyon 158 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 9,8 % çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 16,2 %-dən 16,4 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul