Anna Byerde: Ölkələr qlobal qeyri-sabitlik şəraitində islahatları davam etdirməlidir
Qlobal qeyri-sabitliyin artmasına və Yaxın Şərqdə vəziyyətin pisləşməsinə baxmayaraq, ölkələr sosial-iqtisadi islahatlara diqqət yetirməlidirlər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Dünya Bankının əməliyyat fəaliyyəti üzrə idarəedici direktoru Anna Byerde Pekində keçirilən Çin İnkişaf Forumunda bildirib.
Onun sözlərinə görə, regionda baş verən cari hadisələr artıq yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olur ki, bu da iqtisadi artımı yavaşlada, məşğulluğa təsir göstərə, inflyasiyanı artıra və ərzaq təhlükəsizliyini pisləşdirə bilər.
"Lakin bu qeyri-müəyyənliyin idarə edilməsi yalnız tapşırığın yarısıdır. Ölkələr islahatlara investisiya qoymağa davam etməlidirlər", - o vurğulayıb.
A.Byerde qeyd edib ki, qlobal əmək bazarı növbəti 10-15 il ərzində 1,2 milyard nəfər artacaq, lakin paroqnozlara görə yalnız 400 milyon iş yerinin yaradılması proqnozlaşdırılır.
O, həmçinin bildirib ki, büdcə islahatları sərt qənaət demək deyil, iqtisadiyyatın inkişafı və davamlılığı üçün investisiya imkanlarının qorunmasına yönəldilməlidir.
Dünya Bankının proqnozuna görə, 2026-cı ildə qlobal ÜDM artımı təxminən 2,5 %, inkişaf etməkdə olan ölkələrdə isə təxminən 4 % təşkil edəcək ki, bu da inkişaf etmiş iqtisadiyyatlarla boşluğu azaltmaq üçün kifayət deyil.
A.Byerde enerji, nəqliyyat, rəqəmsallaşdırma, təhsil və səhiyyə sahələrinə investisiya qoyuluşunun, eləcə də əlverişli və proqnozlaşdırıla bilən biznes mühitinin yaradılmasının vacibliyini vurğulayıb.
Bundan əlavə, o, iş yerlərinin yaradılması vəzifəsinin miqyası dövlət resurslarının tutumunu əhəmiyyətli dərəcədə üstələdiyindən, özəl kapitalın cəlb edilməsinin vacibliyini qeyd edib.
Oxşar xəbərlər
IMF: ABŞ tarifləri və Çinlə Aİ-nin cavab tədbirləri qlobal ticarətə zərər vurur
Fariz Cəfərov: “Qlobal süni intellekt bazarı 2026-cı ilə qədər 500 milyard dollara çatacaq”
Rebekа Qrinspan: Dünya qlobal böhranın astanasındadır
“Qazprom”: ABŞ öz addımları ilə qlobal qaz bazarında qeyri-müəyyənliyi artırır
Ümumdünya Ərzaq Proqramının Berlin Qlobal Ofisinin Direktoru: Hazırda dünyada 59 münaqişə ocağı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
