"Bank of Baku"nun Gəncədə 2-ci filialı – "KOB Gəncə" fəaliyyətə başladı
"Bank of Baku" ASC Gəncə şəhəri, eləcə də ətraf bölgələrdə yaşayan müştərilərinə daha əlçatan və keyfiyyətli xidmət üçün Gəncə şəhərində 2-ci – "KOB Gəncə" filialını istifadəyə verib.
Yeni fəaliyyətə başlayan "Gəncə KOB evi" binası daxilində yerləşən "KOB Gəncə" filialının açılış tədbiri 19 mart tarixində keçirilib və filial ilk müştərilərini qəbul edib.
"KOB Gəncə" filialında müştərilər "Bank of Baku"nun təqdim etdiyi bütün xidmət və məhsullarından yararlana biləcəklər. Filialda kredit məhsulları, bank kartları, əmanətlər, kassa əməliyyatları, yerli və beynəlxalq pul köçürmələri, ödənişlər və s. xidmətlər üçün bütün imkanlar yaradılmışdır.
"Bank of Baku"nun "KOB Gəncə" filialı həftənin 5 günü saat 09:00-dan 17:00-a qədər müştərilərə xidmət göstərəcək. Filial Kəpəz rayonu, Zərifə Əliyeva prospekti, 166 ünvanında yerləşir.
Sözügedən filialın istifadəyə verilməsi ilə "Bank of Baku" filiallarının ümumi sayı 21-ə çatıb. Bank hazırda 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
"Bank of Baku"nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Oxşar xəbərlər
"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi
ABB Sumqayıtda 3-cü filialını açdı
Bayram günlərində fəaliyyət göstərəcək banklar açıqlanıb
Kapital Bank Cəbrayılda filial açıb - FOTO
"Bank of Baku"da “Sahibkar həftəsi” keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
