Gürcüstanın Azərbaycandan mal idxalı 2 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Gürcüstanın Azərbaycandan mal idxalı 2 %-ə yaxın artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 214,349 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6,1 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri bir il əvvələ nisbətən 2,7 % azalaraq 95,078 milyon ABŞ dolları (ümumi ixracın 9,3 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 1,7 % artaraq 119,271 milyon ABŞ dolları (ümumi idxalın 4,8 %-i) olub.

Son bir ildə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 6,9 % azalaraq 3 milyard 512,43 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 22,9 % artaraq 1 milyard 026,729 milyon ABŞ dolları, idxalın dəyəri isə 15,4 % azalaraq 2 milyard 485,701 milyon ABŞ dolları olub.

Oxşar xəbərlər

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 14 % artıb
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi ötən il 1,3 milyard dolları ötüb
Azərbaycan Aİ ölkələri ilə ticarət dövriyyəsini 28 %-ə yaxın artırıb
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər