ING: AMB II rübdə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2026
10:19
ff aaaaaaa

ING: AMB II rübdə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq

19 mar, 2026
10:19
467

ING: AMB II rübdə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin II rübündə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq.

Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.

Qrupun proqnozlarına görə, AMB III rübdə uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,25 %-ə endirə və onu 2027-ci ilin I rübünə qədər bu səviyyədə saxlaya bilər. 2027-ci ilin II rübündə dərəcənin daha 25 baza bəndi azaldılaraq 6 %-ə endirilməsi və ilin sonunadək bu səviyyədə saxlanılması mümkündür.

Xatırladaq ki, AMB-nin İdarə Heyəti fevralın 4-də keçirilən sonuncu iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Ötən il tənzimləyici qurum uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirib. Onlardan 6-da dərəcə dəyişməyib, 2 dəfə isə dərəcənin azaldılması (hər dəfə 25 baza bəndi) barədə qərar qəbul edilib.

AMB bu il də uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat aprelin 2-də ictimaiyyətə açıqlanacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul