AMB "Paşa Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
mar
2026
17:30
ff aaaaaaa

AMB "Paşa Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimə edib

18 mar, 2026
17:30
984

AMB "Paşa Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər veerir.

Məlumata görə, məsafədən aparılan nəzarət tədbirləri çərçivəsində "İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"nın müvafiq tələblərinin pozulması aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən "PAŞA Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi 600 manat cərimə edilib.

Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul