Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək


Nazirlər Kabineti Prezident İlham Əliyevin "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə 14 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında 4 avqust 2025-ci il tarixli fərmanını icra edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda bəzi fondların hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək. Söhbət Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondundan, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondundan, eləcə də xüsusi mühafizə olunan təbiət ərazilərinin, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarından gedir. İndiyə qədər fondların il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilirdi.

Oxşar xəbərlər

Azərbaycanda büdcə qaydası dəyişib
Azərbaycanda büdcə qaydası dəyişir
Milli Məclis büdcə qaydasının dəyişdirilməsini I oxunuşda qəbul edib
Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq, reyestri aparılacaq
İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər