Azərbaycan bankının səhmdarları mükafat ödəməyi müzakirə edəcəklər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2026
15:30
ff aaaaaaa

Azərbaycan bankının səhmdarları mükafat ödəməyi müzakirə edəcəklər

17 mar, 2026
15:30
775

Azərbaycan bankının səhmdarları mükafat ödəməyi müzakirə edəcəklər

Aprelin 30-da, saat 17:00-da "PAŞA Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə Bankın 2025-ci ilin yekunlarına dair maliyyə və idarəetmə hesabatlarının təsdiqlənməsi, mükafat ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul