Azərbaycanın turizm xidmətləri balansında ötən il 438 milyon dollarlıq profisit yaranıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın turizm xidmətləri balansında ötən il 438 milyon dollarlıq profisit yaranıb


2025-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin dəyəri 3 milyard 529,8 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,1 % azdır.

Hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixracın dəyəri təxminən 1 milyard 983,9 milyon ABŞ dolları olmaqla 1 milyard 545,9 milyon dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 438 milyon dolları profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,3 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15 % artıb. Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,5 milyard ABŞ dolları olub.

Bunun 74,9 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Oxşar xəbərlər

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54 % artıb
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 %-ə yaxın artıb
Azərbaycanın nəqliyyat xidmətləri balansında ötən il 2 milyard dollara yaxın profisit yaranıb
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 39%-ə yaxın artıb
Azərbaycanın tədiyyə balansında I yarımildə 648 milyon dollar profisit yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər