AMB ötən il ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2026
11:30
ff aaaaaaa

AMB ötən il ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

17 mar, 2026
11:30
505

AMB ötən il ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb

2025-ci ildə Azərbaycana xaricdən 1 milyard 177 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 505,1 milyon pul köçürülüb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (479,3 milyon ABŞ dolları), Türkiyə (193,2 milyon ABŞ dolları), ABŞ (100,7 milyon ABŞ dolları), Gürcüstandan (43,6 milyon ABŞ dolları) və Böyük Britaniyadan (42,4 milyon ABŞ dolları) daxil olub.

Bundan başqa, onun sözlərinə görə, il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (145,7 milyon ABŞ dolları), ABŞ (76,4 milyon ABŞ dolları), Rusiya (46,4 milyon ABŞ dolları), Böyük Britaniya (26,7 milyon ABŞ dolları) və Gürcüstan (26,2 milyon ABŞ dolları) qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul