ilbet
Mağazalarda çörək və unla bağlı vəziyyət necədir? – VİDEO

Mağazalarda çörək və unla bağlı vəziyyət necədir? – VİDEO

Abunə Ol
Yanvar 6, 2022 16:41
Mağazalarda çörək və unla bağlı vəziyyət necədir? – VİDEO
0

BƏYƏNDİM

ABUNƏ OL

Unun və çörəyin qiymətinin yuxarı hədləri müəyyənləşdirilib.
Belə ki, 500 qramlıq ənənəvi zavod çörəyinin qiyməti 50 qəpik, 650 qramlığınkı isə 65 qəpik təşkil edir.
Bu gündən çörəklər mağazalarda yeni qiymətlərlə satışa qoyulub. Una gəlincə, 50 kiloqramlıq bir kisə unun qiymətinin 28 manatdan 35 manat 90 qəpiyə artdığını nəzərə alsaq, bu halda unun 1 kiloqramının qiyməti 72 qəpiyə bərabər olur. Mağazalarda isə 1 kiloqramlıq unun pərakəndə satış qiyməti 85 qəpik təşkil edir.
Qeyd edək ki, 50 kiloqramlıq kisənin 28 manat olduğu dövrdə unun 1 kiloqramı 56 qəpiyə bərabər idi. Mağazalarda isə bu qiymət 60 qəpik təşkil edirdi.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ötən il subsidiyalar hesabına qiymətləri sabit saxlamaq mümkün olub. Lakin uzunmüddətli dövrdə subsidiyaların verilməsi mümkün olmadığından, eləcə də Rusiyanın yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən qiymətlərdəki artım qaçılmaz olub.
Dövlət Xidmətindən bildirilib ki, qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirləri davam etdirilir.
Daha ətraflı Baku TV-nin süjetində:

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.