Sizin Reklamınız Burada ola bilər!
featured

Lotu Qulinin qardaşı saxlanılıb?

Rusiyada Albert Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.

Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada güllələnib. Polis elə həmin gün qətli törədən şəxsi saxlayıb.

Həmin şəxsin isə Mətləb Sultanov adlı azərbaycanlı olduğu məlum olub.

Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. O, “qanuni oğru” adını 2013-cü ildə İstanbulda alıb.

Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilib.

***

Namiq Səlifovun vəkili A.A. Voronin “Haqqin.az”a açıqlamasında kriminal avtoritetin saxlanılması barədə məlumatları təkzib edib. 

Onun sözlərinə görə, bu məlumat həqiqətə uyğun deyil: “Mən Namiq Səlifovun vəkiliyəm və hazırda Moskvadayam. Hüquq-mühafizə orqanlarından müvəkkilimlə bağlı heç bir sual və müraciət daxil olmayıb. Bu barədə məlumat yayıldıqdan dərhal sonra Namiqlə əlaqə saxladım və o dedi ki, Moskvaya gəlməyib və hazırda Avropa ölkələrinin birindədir”.

Əli Heydərovun fitnes klubda qətlə yetirilməsi anının videosu:

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Lotu Qulinin qardaşı saxlanılıb?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica