Sizin Reklamınız Burada ola bilər!
featured

Lotu Qulini təhqir etməmişəm – Mübariz Mənsimov əslində kimi söyüb? – Özü açıqladı

Mən dinə inanan bir insanam və heç vaxt bir rəhmətə getmiş insanın dalınca söymərəm. Quli ilə bağlı dediklərim yanlış istiqamətdə yön verilərək qabardıldı. O müsahibədə mən rəhmətə gedən Qulini söyməmişəm.

Sizinxeber.az xəbər verir ki, bu sözləri “Palmali”nin rəhbəri Mübariz Mənsimov Musavat.com-a geniş müsahibəsində deyib.

“Təkrar edirəm, mənə zəng gəldi. Zəng edən rəhmətlik Quli idi. Münasibətim olan bir şəxslə bağlı mənə zəng etmişdi. Bilirsiniz, kimdən gedir söhbət. Mən də onun adını eşidib söydüm. Mənim heç bir zaman mafiya ilə əlaqəm olmayıb, olmaz da. Dövlət və onun təhlükəsizlik orqanları var və mafiya bu ciddi qurumların yanında “bir heçdir” demişəm. Və düşünürəm ki, belədir. Bizim dövlət hər zaman güclü olub. Bu gün də biz bunun şahidi oluruq. Bizi nədənsə zorla hökümətlə qarşı-qarşıya qoymaq istəyirlər. Bu, belə olmayacaq. Biz hər zaman dövlətimizin yanında olmuşuq, bundan sonra da olacağıq. Şəxsi məsələləri siyasiləşdirib bizdən düşmən obrazı yaratmasınlar. Nə mafiya, nə ayrı-ayrı şəxslər, nə mediada kampaniyanı yönləndirən güclər dövlətin başındakı şəxsdən güclü deyillər”, – deyə M.Mənsimov bildirib.

 

Sizinxeber.Az

1
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Lotu Qulini təhqir etməmişəm – Mübariz Mənsimov əslində kimi söyüb? – Özü açıqladı

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica