Sizin Reklamınız Burada ola bilər!
featured

Lotu Quli Mübariz Mənsimovu necə hədələyib? – “Dedi ki, arxamda dövlət dayanıb” – VİDEO

Xəbər verdiyimiz kimi, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müsahibə verib. O, müsahibəsində bir çox sensasion faktı açıqlayıb.
Bakupost.az xəbər verir ki, iş adamı müsahibəsində “Lotu Quli” ləqəbli, mərhum Nadir Səlifovdan da danışıb.
O kriminal avtoritetin ona zəng etdiyini və hədə-qorxu gəldiyini deyib:
“Yaz aylarının birində İtaliya nömrəsindən mənə zəng gəldi. Dedi ki, mən Lotu Quliyəm. Bizim qardaşlarımız haqqında çox pis şeylər danışırsan, onları danışmamaq lazımdır. Dedim kimdir sizin qardaşınız? Anar Əliyevin adını verdi. Mənim leksikonumda nə qədər söyüş varsa, hamısını söydüm. O da üzr istəyirəm deyib, telefonu bağladı. Danışığımız bu qədər olub.
Həmçinin dedi ki, Azərbaycan dövləti mənim arxamdadı. Dövlət adamlarından çoxu mənim adamımdır. Dedim, dövlət əgər sənin kimi adamlara qalıbsa, deməli o dövlət dövlət deyil. Dövlətin polisi, MTN-i, ordusu var. Sən kimsən ki, sənə ehtiyacı olsun?!.
Bu barədə polisdə də ifadəm var. O vaxtlar telefonumu dinləyirdilər. Türkiyə Emniyeti telefon səsyazısından sonra məndən ifadə aldı.
Bir gün İstanbul Polis rəisi Mustafa Çalışqanı ziyarətə getmişdik. Dedi ki, sənə görə Lotu Qulini deport etdik.
Burada yüzlərlə azərbaycanlını əzməyə çalışırdılar. 2020-ci ildə mən içəri girəndən sonra o, geri qayıtdı. Geri qayıdandan 1 həftə sonra isə öldürüldü”.
Daha ətraflı videoda:

Qeyd edək ki, M. Mənsimov həbsdə olarkən ona qarşı sui-qəsd hazırlandığını, bu planın başında Lotu Qulinin dayanması barədə məlumatlar yayılmışdı. Hətta belə bir ehtimal var idi ki, Mənsimovun həbsi çox real olan sui-qəsdin qarşısının alınması üçündür.
Bir müddət sonra Lotu Quli Türkiyədə öldürüldü.
Məlumdur ki, M. Mənsimovla Lotu Qulinin düşməni olan Rövşən Lənkəranski yaxın münasibətdə olublar.
Onları həm də region birliyi yaxınlaşdırırdı. Elə buna görə də Lənkəranski öldürüldükdən sonra onun cənazəsi Mənsimovun şəxsi təyyarəsi ilə Azərbaycana gətirilmişdi.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Lotu Quli Mübariz Mənsimovu necə hədələyib? – “Dedi ki, arxamda dövlət dayanıb” – VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica