Sizin Reklamınız Burada ola bilər!
Lotu Bəxtiyarın “podelnik”i danışdı: “Rəşad Dağlı o sözü deməməli idi”
Lotu Bəxtiyarın “podelnik”i danışdı: “Rəşad Dağlı o sözü deməməli idi”

Lotu Bəxtiyarın “podelnik”i danışdı: “Rəşad Dağlı o sözü deməməli idi”

Ölkə.az xəbər verir ki, “Yeni Sabah”ın noyabrın 14-də oxuculara təqdim etdiyi “Rəşad Dağlı Lotu Bəxtiyarın “podelnik”i olub?” adlı məqalə böyük rezonans doğurub. Məqalə iki gündür sosial şəbəkələrdə mövcud olan müxtəlif səhifə və qruplarda müzakirə olunur. 

Müzakirələrə Lotu Bəxtiyarın “podelnik”i olan Tahir Tahirov (ad-soyad şərtidir-red) da qoşulub. Obyektiv mövqeyinə görə, müəllifə təşəkkür edən T.Tahirov mətbuatda Lotu Bəxtiyarın adının Rəşad Dağlı ilə yanaşı çəkilməsinə etiraz edib. Keçmiş məhbus deyib ki, meyxanaçı Rəşad Dağlı cinayət aləminin yazılmamış qanunlarından xəbərsiz olduğu üçün ciddi səhvə yol verib:

“O kimdir ki, Bəxtiyara yaxın gəlsin?! O vaxtı Rəşad heç ortalıqda olmayıb. Mən 1992-ci ildə Bəxtiyarla bir olmuşam. Özü də tək onunla yox, bir çox oğrularla. Dağlı Cavanşir, Yetim Hüseyn – Allah hamısına rəhmət etsin. Yaxın olmuşuq onlarla. Rəşadın “barıqa” ilə bağlı meyxanasını mən də dinləmişəm. Rəşada kim ixtiyar verib ki, “barıqa”nın ata-anasını təhqir etsin?! Rəşad Dağlı o sözü deməməli idi. Sözün var, özünə de, üzünə de. Valideynlərin burada heç bir günahı yoxdur. Cinayət aləminin qanunlarına görə, insan şəxsiyyəti toxunulmaz sayılır. Heç kimin günahsız insanların şəxsiyyətinə toxunmağa ixtiyarı yoxdur”. 

T.Tahirov deyib ki, narkotik satdığına və çəkdiyinə görə, məhbəsə çoxlu sayda adam düşüb. Onun sözlərinə görə, həmin adamlar məlum meyxana üzündən Rəşad Dağlını tənbeh edə bilərlər:

“Lotular narkotik çəkməyi qadağan etməyiblər. Bu işlə məhbəsdə yox, azadlıqda məşğul olurlar. Narkotikə görə tutulanların arasında ən müxtəlif peşənin sahibləri var. “İçəri”də heç kim bunu onların başına qaxanc etmir”.

Keçmiş məhbus müasir meyxana ustaları ilə bağlı narazılığını da dilə gətirib. O deyib ki, meyxanaçıların toya gedərkən bəribaşdan qiymət danışması düzgün deyil:

“Bizim məclislərə də çox meyxanaçılar gəlirdi. Amma heç kim bizimlə əvvəlcədən pul danışmayıb. Gecə 12-yə kimi məclisdə iştirak edib, gedəndə də cibinə bir “25-lik” basıb yola salmışıq.

Ümumiyyətlə, son vaxtlar meyxanaçılar çox ağ ediblər. indi onları toya dəvət edirsən, 500-1000 manat pul oxuyurlar. Elə bil ki, bu, müğənnidir, yoxsa toy aparandır, nədir?!”

Müsahibimiz onu da qeyd edib ki, hazırda kriminal aləmin qanunları çox korlanıb:

“Kimsə gedib “razboy” edib qoca nənəni, babanı öldürür. O qədər elə dəyyuslar var ki… 10 manat, 20 manata görə, can alırlar. Ona görə də korlanıb kriminal. Cavanların bütün fikri-zikri iylənib.

Elə adamlar var ki, heç kriminal aləmdən anlaşıyları yoxdur, amma özlərinə avtoritet deyirlər. Mən də onları görəndə deyirəm ki, bunlar avtoritet deyillər, avtoportretdirlər. Avtoritet olmaq üçün gərək, səni hər yerdə tanısınlar, sənin əziyyətin olsun, qanun budur.

Məni məhəllədə cavanlar tanıyırlar. Mən onlara başa salıram ki, həyat nədir. Əgər işləyib, pul qazanırsansa, həyat buradadır. İçəri isə xarabadır. Ora qabaq kişi yeri idi, amma indi yox.

Məsələn, burada xoruzlanan adamlar düşürlər oraya, 7-8 dənə “dubinka” dəyən kimi deyir ki, qələt etmişəm, mən hara düşmüşəm? Baxırdım və onlara deyirdim ki, ay zalımın balası, bura düşməkdənsə, gedib bayırda işləyib ana-atanıza xeyir verin də”.

Sizinxeber.Az

4
_la_x_b_r
Əla Xəbər
4
k_d_rli
Kədərli
4
_s_bil_di
Əsəbiləşdi
6
t_cc_bl_ndim
Təəccübləndim
Lotu Bəxtiyarın “podelnik”i danışdı: “Rəşad Dağlı o sözü deməməli idi”

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica