Sizin Reklamınız Burada ola bilər!
Litva Prezidenti: “Məqsədim iki ölkənin əlaqələrini yenidən canlandırmaqdan ibarətdir”

“Mənim məqsədim iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmaqdan, onları daha sıx və uzunmüddətli etməkdən ibarətdir”.
Bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib:
“Bu gün burada sizin qarşınızda çıxış etməkdən şərəf hissi duyuram. Böyük məmnuniyyətlə Prezident İlham Əliyevlə Azərbaycan – Litva biznes forumunun açılışında iştirak edirəm. Bu gün əvvəlcə hər iki ölkə üçün vacib olan müxtəlif mövzular ətrafında Prezidentlə apardığım səmimi söhbətdən çox razıyam. Azərbaycanın işgüzar və siyasi dairələrini səmimi qəlbdən salamlayıram.
Biz çox müstəsna məkanda görüşürük. Ümid edirəm ki, bu təkrarolunmaz və memarlıq baxımından xüsusi mədəniyyət Mərkəzi iki dövlətin – Azərbaycanın və Litvanın işgüzar dairələrini hamının rifahı naminə bir-birinə daha yaxın edəcək. Sələfimin – Litva Prezidentinin Azərbaycana son səfərindən on il keçir”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Litva Prezidenti: “Məqsədim iki ölkənin əlaqələrini yenidən canlandırmaqdan ibarətdir”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica