ilbet
Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında

Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında

Abunə Ol
Yanvar 6, 2022 20:42
Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında
0

BƏYƏNDİM

ABUNƏ OL

    Bolqarıstanın populyar “meridian27.com” ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi “feysbuk” səhifəsi “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın  bolqar dilinə tərcümə olunmuş “Nədən qəfil pis oldum?”, “Sən sönməyən alovsan” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi Dmitr Xristovdur.

Qeyd edək ki, 2002-ci ildən “Libra Skorp” kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən “meridian27.com” portalı və Dünya Bolqar Yazıçıları Liqasının “feysbuk” səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.

https://www.meridian27.com/author/leyla-alieva

https://www.meridian27.com/article/v-teb-se-vlyubih

https://www.facebook.com/groups/2692562064138962/

 

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.