Sizin Reklamınız Burada ola bilər!
featured

Lənkəranda Bilik günü “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.

Bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür.
Sizinxəbər.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13 -u səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimiz şəhid oldu . Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Bu gün Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə Bilik günü
” Qarabağ Azərbaycandır” mövzusuna həsr olundu. 2 nömrəli məktəbdə “Bilik günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru çox hörmətli Seyfullayeva Gulnare müəllimə bilik günü münasibətilə əllərində üçrəngli bayraqlarla məktəbə yeni qədəm qoyan birinciləri təbrik etdi. Direktor çıxışında “Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsini bildirdi. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. Direktor Gülnarə müəllimə çıxışında bildirdi ki, əllərinizdə tutduğunuz bu üçrəngli bayrağımıza göre canlarından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Məktəbin sayılıb seçilən müəllimələrindən olan hörmətli Şeyda Tahirovanın 1b sinifidə birincilər sırasındadır. Bilik günü Lənkəran şəhər 2 nömrəli məktəbin birinciləri “QARABAĞ AZƏRBAYCANDIR”, “ZƏFƏR BİZİMLƏDİR” mövzusunda şerlər səsləndirdilər.
Onu da qeyd edək ki, Tahirova Şeyda 1987 ci ildə 2 nömrəli tam orta məktəbin birinci sinifə daxil olub, həmin məktəbi 1996 cı ildə müvəffəqiyyətlə başa vurub. Məktəbi bitirdiyi ildə təhsilini davam etdirməyə qərar verən nümunəvi müəlliməmiz, Lənkəran Pedoqoji Texnikomunun, ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunub və 2000 ci ildə həmin texnikomu bitirib. Pedoqoji fəaliyyətinə texnikomu bitirdikdən bir il sonra 2001 ci ildə Lənkəran şəhər 2 sayılı məktəbdə başlayıb. Hazırda da fəaliyyətini həmin məktəbdə ibtidai sinif müəllimliyi edərək keçirir.
Sinifin rəhbəri Şeyda Tahirova 21 ildirki öz peşəsini layiqincə yerinə yetirən müəllimələr sırasındadır.
Birincilərin video ve şəkillərini təqdim edirik:


Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Lənkəranda Bilik günü “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica