Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI

Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI
Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI

Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI
İyunun 2-nə keçən gecə Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun Təklə kəndindən keçən hissəsində qəzaya uğrayan “Mercedes-Benz” markalı mikroavtobusdakı şəxslər toydan qayıdırmışlar.
Belə ki, mikroavtobusun sürücüsü, 64 yaşlı Elman Əşrəfov həyat yoldaşı Firəngiz Əşrəfova və dayısı oğlu Niyaməddin Ağayevlə birlikdə Kürdəmirin Pirili kəndində, qohumunun evində keçirilən məclisdə iştirak ediblər. Daha sonra onlar yaşadıqları Ağsunun Qaradağ kəndinə qayıdarkən ağır qəza baş verib.
Mikroavtobusun əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində E.Əşrəfovla dayısı oğlu aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar. E.Əşrəfovun həyat yoldaşı isə ağır xəsarətlər alıb. O, təcili yardım maşını ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə nəticəsində “KamAZ”ın sürücüsü, Şəki rayon sakini Faiq İsmayılov da xəsarətlər alıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!