Flora Kərimovanın səhhəti pisləşdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2026
12:47
ff aaaaaaa

Flora Kərimovanın səhhəti pisləşdi

16 iy, 2026
12:47
561

Flora Kərimovanın səhhəti pisləşdi

Bu gün səhər saatlarında xalq artisti Flora Kərimovanın səhhəti pisləşib.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.

F.Kərimovanın qızı Zümrüd anasının vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.

"Hazırda yaxşıdır. Dincəlir. İnşallah, daha da yaxşı olacaq" - deyə Zümrüd əlavə edib.

Qeyd edək ki, 84 yaşlı Flora Kərimovanın bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul