Trampın qərarları ilə bağlı narahatlıqlar "Bitcoin"i yenidən bahalaşdırır - 88 min dolları ötüb
sizinxeber.az xəbər saytı

Trampın qərarları ilə bağlı narahatlıqlar "Bitcoin"i yenidən bahalaşdırır - 88 min dolları ötüb


Aprelin 22-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, ABŞ-dən gələn xəbərlər fonunda dünyanın ən bahalı kriptovalyutasının qiyməti 88 min dolları ötüb. Bu, dolların zəifləməsi və Donald Trampın Federal Ehtiyat Sistemi (FED) rəhbəri Cerom Pauellin vəzifədən azad edilməsinə dair cəhdlərinə dair yenilənmiş narahatlıqlar fonunda baş verir. Belə ki, “CoinMarketCap” platformasında "bitcoin" son 24 saatda 1% bahalaşaraq 88,3 min ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan "Ethereum", Tether, XRP və BNB isə son sutkada nisbi ucuzlaşma nümayiş etdirib.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Oxşar xəbərlər

Kriptobirjalarda "Bitcoin" yenidən bahalaşmağa başlayıb
"Bitcoin"in qiyməti 87 min dolları ötüb - Kriptobirjada son durum
"Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb - Kriptobirjanın son göstəriciləri
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib - Kriptobirjada son durum
Kriptovalyuta bazarının son göstəriciləri - "Bitcoin" ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər