Sizin Reklamınız Burada ola bilər!
Kreml İrəvanı “evə qaytarır”, Bakının tələbi isə budur
Kreml İrəvanı “evə qaytarır”, Bakının tələbi isə budur

Kreml İrəvanı “evə qaytarır”, Bakının tələbi isə budur

Soçi görüşünün Bakının gündəliyinə uyğun keçəcəyi ehtimalı daha böyükdür, nəinki İrəvan, yaxud Moskvanın.

– Görüş Rusiyanın bölgədə təşəbbüsü Qərbin əlindən almağa hesablanıb və Qərbin bölgəyə girişinə Ermənistanın şərait yaratması fonunda “ruslar erməniləri yenidən “evə qaytarmaq” üçün istədiklərini verəcək” gözləntisi yaranır, hərçənd, güclü bənd olan Bakının mövqeyi nəzərə alınmadığı təqdirdə, buna nail olmaq mümkün deyil;

– Rusiya Xankəndidəki mitinq ssenarisi ilə Bakıya təzyiq edə bilməyəcək: Azərbaycanın Qarabağla bağlı mövqeyi bəllidir və Xankəndi ətrafında siyasi-iqtisadi-hərbi üstünlüyə malik olması mövqeyini gücləndirir;

– Rusiyanın geosiyasi baxımdan üzləşdiyi vəziyyət də Ankara-Bakı ikilisindən uzaqlaşacaq gediş etməsini məhdudlaşdırır.

Görüşün əsasən üçtərəfli razılaşmaların icrası üzərində fokuslanacağı ehtimalı ön plandadır: istisna deyil ki, üçtərəfli razılaşmaların qeyd olunacağı və sülh sazişinin Moskvanın vasitəçiliyi ilə hazırlanması ilə bağlı yekun bəyanat qəbul edilə bilər; bura sərhəd və kommunikasiya məsələləri də daxildir; Lakin “Qarabağ”ın adının ümumiyyətlə mümkün bəyanata daxil edilməsi ehtimalı yoxdur.

Əliyev 10 noyabr bəyanatının icra edilməyən – erməni qoşunların çıxarılması, Naxçıvana “maneəsiz keçid”in verilməsi – bəndləri üzərində xüsusi dayanacaq. Və Qarabağın Azərbaycanın daxili məsələsi olduğu prinsipindən çıxış edəcək.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Kreml İrəvanı “evə qaytarır”, Bakının tələbi isə budur

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica