“Komsomolskaya Pravda”: “Çiçəklənən Azərbaycanın əsasını qoyan Heydər Əliyev”
“Müasir Azərbaycanı Heydər Əliyevsiz və onun tarixi irsi olmadan təsəvvür etmək mümkün deyil”.
Bu barədə Rusiyanın “Komsomolskaya Pravda” nəşrinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi məqalədə deyilir.
Məqalədə məhz Heydər Əliyevin 1990-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ilə Azərbaycanın həqiqi müstəqillik yoluna qədəm qoyaraq tədricən daxili qanlı münaqişələrdən qurtulmağa başladığı qeyd edilir.
H.Əliyevin imzaladığı “Əsrin müqaviləsi” ilə iqtisadiyyat sektoruna bəxş etdiyi töhfə xüsusi vurğulanır.
Bildirilir ki, Heydər Əliyev Rusiya ilə bərabərhüquqlu və dostluq münasibətlərinə xüsusi diqqət yetirib və Vladimir Putinlə etibarlı münasibət qurub. Rusiya dövlət başçısı prezident kimi ilk rəsmi səfərini Azərbaycana edib.
Mətndə həmçinin qeyd edilir ki, Heydər Əliyevin xalqa töhfələrindən biri də İlham Əliyev kimi bir oğul yetişdirməsidir. Azərbaycan xalqına müraciətində Heydər Əliyev ölkənin hazırkı dövlət başçısı İlham Əliyevi yüksək intellektə, praqmatik təfəkkürə malik, müasir dünya siyasətini və iqtisadiyyatını mükəmməl bilən, enerjili və təşəbbüskar şəxsiyyət hesab etdiyini bildirmişdi. İlham Əliyev atasının siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı işıqlı gələcəyə aparmaqla bunu sübuta yetirdi.

“Komsomolskaya Pravda”: “Çiçəklənən Azərbaycanın əsasını qoyan Heydər Əliyev”
“Komsomolskaya Pravda”: “Çiçəklənən Azərbaycanın əsasını qoyan Heydər Əliyev”
Sizinxeber.Az