featured

Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI – Burada tərbiyəsiz hal var ki?

Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin inzibati binasında çəkildiyi iddia edilən görüntülər barədə danışıb. Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Unikal”a açıqlama verib: “Bu, şəhid ailəsinin qızının məclisidir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki? Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”, – deyə nazir qeyd edib. 17:08 Fövqəladə Hallar Nazirliyinin inzibati binasında çəkildiyi iddia edilən görüntülər gündəm olub. Oxu.Az-ın məlumatına görə, sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin xanım işçilərinin, ehtimal ki, qurumun inzibati binasında xınayaxdı mərasimi keçirdiklərini əks etdirən görüntülər yayılıb. Videoda xanım işçilərin xidməti geyimlərində qadın məclisi təşkil etdikləri öz əksini tapıb. Xatırladaq ki, bir müddət öncə FHN əməkdaşlarının nazirliyin inzibati binasında intim görüntüləri də yayılmışdı.  Xınayaxdı mərasimindən görüntüləri təqdim edirik:

Sizinxeber.Az

Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI – Burada tərbiyəsiz hal var ki?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!