featured

Kəlbəcərli ziyalı ağsaqqal Ərdoğana məktub ünvanlayıb

Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğana 

Cənab Prezident!

Dəhşətli bir fəlakətin Böyük Türk Dünyasına vurduğu zərər və çoxminli insan itkisi bizə əsrin və ömrün ən qəmli bir gününü yaşatdı və yaşadır.

Yarımçıq bir ömür itkisi olan bu kədərə görə dərdinizə şərik olur, şəxsən Sizə və bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, Uca Rəbbimdən həyatını itirənlərə rəhmət diləyir, məkanları cənnət olsun, – deyirik.

Cənab Prezident!

Dözüm, dəyanət, əzmkar qürur – Türk oğlunun baş ucalığıdır. Qoy, ölüm sevinməsin! Kədərin belini qırıb, xalqı sabaha inandırmaq, gələcək xoş günlərə səsləmək bacarığı Türk dünyasının Sizin kimi sərkərdə liderinə məxsusdur. Bütün dünya bunu görür, xalqın və Sizin cəsarətinizə inanır. Heç nəyə əyilməyən başınızı yalnız bu gün xalqın faciəsi qarşısında əyib, göz yaşı tökməyiniz fəlakət acizliyi deyil, xalqa istəyin, qayğının, yanğının selidir.

Sizin Azərbaycanın ən ağır günündə, 44 günlük Qarabağ savaşında bütün varlığınızla Prezidentimiz cənab İlham Əliyevə dəstək olub, ruh verərək xalqımızın yanında olmağınız, Türk xalqına olan sonsuz sevginizdən irəli gəldi. Və bütün dünya bu istəyə, bu məhəbbətə, bu qardaşlığa şahid oldu, həsəd apardı. Siz bununla Böyuk Türk oğlu Mustafa Kamal Atatürkün dediyi: “AZƏRBAYCANIN SEVİNCİ BİZİM SEVİNCİMİZ, KƏDƏRİ BİZİM KƏDƏRİMİZDİR!” – kəlamını bir daha təsdiqlədiniz. Ulu Öndər Heydər Əliyevin “BİR MİLLƏT, İKİ DÖVLƏT” kəlamının Sizin və cənab Prezidentimiz İlham Əliyevin əl-ələ verib “DƏMİR YUMRUQ” kimi birləşməsində bütün dünya bir daha Azərbaycan və Türkiyə qardaşlığının birliyini gördü.

Türk xalqının başına gələn bu faciədən iki böyük Türk oğlunun – ATATÜRKÜN VƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN fəlakətdən ürpəşən ruhları bu gün səmada pərvaz edir, hər şey Onlara agahdır.

Türk oğlunun dizi bükülməyəcək, qəddi əyilməyəcək, qüruru sınmayacaqdır! Türkiyə yenə də qurulacaq, tikiləcək, abadlaşacaq, firavan həyat yaşayacaqdır! Mərd oğullar yenidən doğulacaq, hər şeyin yeri dolacaq! Çünki “TÜRK OĞLU MƏRD OLAR, BASDIĞI YER YURD OLAR!”

Biz əminik ki, “BİR MİLLƏT, İKİ DÖVLƏT”İN ürəyindən süzülüb axan istək seli Sizi qoynuna alıb adınızı əsrlərlə yaşadacaqdır!

Mən bir daha Sizə və Türk xalqına Azərbaycanın cənnətməkan guşəsi olan Kəlbəcər camaatının, Kəlbəcər ağsaqqallarının adından başsağlığı verir, Allahdan səbr diləyir, dünyadan köçənlərə min rəhmət, yaralılarımıza isə tezliklə şəfalar diləyirəm!

Dərin hörmət və ehtiramla: 

Kəlbəcər ziyalıları və ağsaqqallarından İlham Əliyevə məktub

Vəliyəddin MİSİR OĞLU İSMAYILOV,

Azərbaycan Respublikası, Kəlbəcər Ağsaqqallar Şurasının sədri

Sizinxeber.Az

Kəlbəcərli ziyalı ağsaqqal Ərdoğana məktub ünvanlayıb

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!