ilbet
Kəlbəcər yolu buz bağladı: 20 dərəcə şaxta var – Rəsmi

Kəlbəcər yolu buz bağladı: 20 dərəcə şaxta var – Rəsmi

Abunə Ol
Dekabr 23, 2021 16:00
Kəlbəcər yolu buz bağladı: 20 dərəcə şaxta var – Rəsmi
0

BƏYƏNDİM

ABUNƏ OL

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı “Zəfər yolu” və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

“23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

“Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur. Amma yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur”, – A. Nəcəfli bildirib.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.