ilbet
Kasıbları təhqir edən sürücü ilə bağlı MARAQLI FAKT: Zakir Qaralovun “pul yığanı” olub?
  • Sizinxeber.az –
  • Cəmiyyət
  • Kasıbları təhqir edən sürücü ilə bağlı MARAQLI FAKT: Zakir Qaralovun “pul yığanı” olub?

Kasıbları təhqir edən sürücü ilə bağlı MARAQLI FAKT: Zakir Qaralovun “pul yığanı” olub?

Abunə Ol
Yanvar 12, 2022 20:50
Kasıbları təhqir edən sürücü ilə bağlı MARAQLI FAKT: Zakir Qaralovun “pul yığanı” olub?
0

BƏYƏNDİM

ABUNƏ OL

Kasıbları təhqir edən sürücü ilə bağlı MARAQLI FAKT: Zakir Qaralovun “pul yığanı” olub?
Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.
Bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.
Bəlli olub ki, 37 yaşlı S.Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinədarı olub.
O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.
Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.