Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

İstəyirəm, işə avtobusla gedim… – Deputat

featured
“İctimai nəqliyyat doğru işləməlidir ki, insanlar ondan istifadəyə üstünlük versin. Amma bu gün hamı şəxsi avtomobilini üstün tutur. Bu da şəhərdə keçilməz tıxacların yaranmasına səbəb olur”.
Bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Razi Nurullayev qeyd edib.
O, bəzi ictimai nəqliyyat vasitələrində olan problemləri diqqətə çatdırıb: “Regionlarda, Bakı ətrafı qəsəbələrdə bu sahədəki problemlər həll olunmur. Həlli ilə bağlı müəyyən addımlar atılır, amma nəticəsi zəif olur. Zəhərli tüstülər buraxan, standartlardan kənar, rahatlığı olmayan nə qədər avtobus sərnişin daşıyır. O insanları qınamıram. Kimsə sərnişin daşımaqla çörək pulu qazanır. Amma bu sahədə iş adamlarına normal şərait yaradılıbsa, onlar avtobus parkını təzələməli, sayını çoxaltmalı, aralarındakı dəqiqələri azaltmalıdır ki, insanlar dayanacaqda çox gözləməsin. Həmin avtobuslar şəraitə uyğun olmalıdır. Kondisionerlər təşkil edilməlidir. Yayda çox isti, qışda da soyuq olur”.
Millət vəkili bildirib ki, avtobuslar düzgün qrafiklə işləsə, rahat olsa şəxsi avtomobillərdən istifadə edənlərin sayı azalar: “Biz neft qaz ölkəsində yaşayırıq. İnsanların gözləntiləri, baxışı fərqlidir. İctimai nəqliyyat doğru işləməlidir ki, insanlar ondan istifadəyə üstünlük versin. Amma bu gün hamı şəxsi avtomobilini üstün tutur. Bu da şəhərdə keçilməz tıxacların yaranmasına səbəb olur. İctimai nəqliyyat doğru işləsə, gecikmələr olmasa, rahat olsa, insanların canı incidilməsə, dəqiqələrlə toz-torpaq altında avtobus gözləməsə, insanlar da bundan istifadə edər. Hətta mən də bir deputat olaraq öz avtomobilimdən düşüb ictimai nəqliyyatda getməyə üstünlük verərəm. Çünki ictimai nəqliyyatda gedəcəyim yerə daha tez çata bilərəm. Nəinki avtomobildə saatlarla tıxacda qalım. Bu nümunəni digər deputatlar, dövlət adamları da göstərər”.
R.Nurullayev, məsələnin həlli yolunda addımlar atmağın vacibliyini bildirib: “Metrolarda da pik saatlarda insanlar üst-üstə gedir. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat və metrolardan istifadə etmişəm. Heç pik saatlarda da insanlar metroda o sıxlığı yaratmır. Heç kimin canı incimir. Bizdə tam əksinədir. Hər yerdə sıxlıq, narazılıq, aqressiya. Bu da servisin dediyimiz standartlara gətirilib çatdırlmamasına görədir. Məncə, məsələ yarıtmaz kadrların olmasında deyil. Bu məsələni dövlət orqanları toplaşıb müzakirə etməlidir. Aidiyyəti orqanlar və insanları dinləmək də çıxış yolu tapmaq üçün vacibdir. Daha sonra aidiyyəti orqanlar köməkləşərək məsələni həll edə bilər”.
Aynur İbrahim
BakuPost
Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
İstəyirəm, işə avtobusla gedim… – Deputat

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!