Xəbər verdiyimiz kimi, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində terror aktı törədilib.
Axşam.az xəbər verir ki, hadisə anında orada olan şəxslərdən birinin – aktyor Cansel Elçin olduğu ortaya çıxıb. Bu barədə aktyorun həmin gün sosial media hesabında etdiyi paylaşımda qeyd olunub. Cansel “İstiqlalda, düz yanımızda partlayış oldu. Yaxşıyam, ümid edirəm itki yoxdur” sözlərini yazıb.
Qeyd edək ki, sözügedən hadisə nəticəsində 6 nəfər vəfat edib, 81 nəfər isə yaralanıb. Həyatını itiriənlər arasında “Yasak elma” serialının heyətində yer almış aktyor Nurettin Uçarın həyat yoldaşı Arzu Özsoy və 15 yaşlı qızı Yağmur Uçar da var idi.
Onu da qeyd edək ki, Cansel də sözügedən serialda rol alıb.