featured

İstanbulda “Qardaşoğlu” ləqəbli kriminal avtoritet qətlə yetirildi – Foto

İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.

***

E.Qasımovun vəkili Ceyhun Yusifovla əlaqə saxladıq. Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, hazırda cinayətin motivi barədə detallar bəlli deyil: “Qətl hadisəsi ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisə barəsində ətraflı məlumat əldə edəcəyik. Hələlik bu barədə açıqlama verməyim doğru olmazdı. Allah rəhmət eləsin!”.

Fotoda: Elnur Qasımov (“Qardaşoğlu”) və qardaşı Emin Qasımov (Naxçıvanski)



Sizinxeber.Az

İstanbulda “Qardaşoğlu” ləqəbli kriminal avtoritet qətlə yetirildi – Foto

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!