13 
Ara
2023
00:34

Niyə sufilərin bir hissəsi zikri ucadan deyirdilər, bir hissəsi isə astadan?

13 Ara, 2023
00:34
0

Niyə sufilərin bir hissəsi zikri ucadan deyirdilər, bir hissəsi isə astadan?

Təsəvvüfdə iki cür zikr etmək qaydası vardır: aşkar (cəliyy) və gizli (xəfiyy) zikr. Aşkar zikri ucadan, aydın formada, gizli zikri isə ürəkdə, səssiz deyirlər. Sufilərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) Həzrət Əliyə (ə) aşkar zikri, Əbu Bəkrə gizli zikri öyrətmiş və tövsiyə etmişdi. Buna görə də silsiləsi Əbu Bəkr vasitəsilə Peyğəmbərə gedib-çıxan nəqşbəndiyyə təriqətində zikrlərin əksəriyyəti səssiz edilir. Amma silsiləsi Həzrət Əliyə (ə) birləşən təriqətlərdə (qadiriyyə, rifaiyyə, şaziliyyə, movləviyyə, bayramiyyə, sührəvərdiyyə, xəlvətiyyə, səfəviyyə və s.) uca zikrə üstünlük verilir. Ümumiyyətlə, təriqətə yeni qədəm basmış şəxslərin ucadan zikr etməsi məsləhətdir. Çünki onlar hələ gizli zikrə (qəlb zikrinə) hazır deyillər və diqqətlərini toplamaq üçün ucadan zikr etmələri daha yaxşıdır.

Bizimlə əlaqə saxlayın