İsa Həbibbəylinin oğlu haradadır? - Vaxt qoyuldu
İsa Həbibbəylinin oğlu haradadır? - Vaxt qoyuldu

İsa Həbibbəylinin oğlu haradadır? – Vaxt qoyuldu

Ləğv olunmuş Naxçıvan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibəylinin həbs olunması xəbəri doğru deyil.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o, korrupsiya faktına görə açılan cinayət işi ilə bağlı hər gün dindirilsə də, saxlanılmayıb.

Qeyd olunur ki, onun rəhbərliyi dövründə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanb və sübut olunub.

Cinayət işini araşdıran təhqiqat qrupu Səhət Həbibbəylidən həmin vəsaitlərin hara xərclənməsi ilə bağlı hesabat tələb edib və ona bu məsələyə aydınlıq gətirməsi üçün vaxt veriblər.

Xatırladaq ki, Naxçıvanda aparılan genişmiqyaslı antikorrupsiya əməliyyatları zamanı bir neçə vəzifəli şəxs həbs olunub.

Səhət Həbibbəyli ilə bağlı isə ziddiyətli informasiyalar yayılmaqdadır.

Bu barədə jurnalistlər Səhhət Həbibbəylinin atası, AMEA Prezidenti İsa Həbbibəyliyə də sualla müraciət ediblər. O, oğlunun harada olması barədə heç bir məlumatı olmadığını bildirib.

“Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır. Bilmirəm, oğlum haradadır, xəbərim də yoxdur” – İsa Həbibbəyli jurnalistlərə bildirib.

Sizinxeber.Az

İsa Həbibbəylinin oğlu haradadır? – Vaxt qoyuldu

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!