Sizin Reklamınız Burada ola bilər!
featured

İrəvan Qarabağa “ordu” göndərir – Rusiya səssiz qalsa Azərbaycan vuracaq

“Ermənistan Respublikasının müntəzəm olaraq müxtəlif bəyanatlar səsləndirməsi və təxribat xarakterli fikirlər irəli sürmələri daha çox informasiya müharibəsinin tərkib hissəsi olaraq onların daxili auditoriyasını sakitləşdirmək üzərinə hesablanıb. Çünki ortada bir məğlubiyyət var, digər tərəfdən iqtisadi böhran və Ermənistanda hazırda baş verən siyasi gərginliklər təbii ki, insanların fikrini müəyyən istiqamətə çəkməyə ehtiyac yaradır”.

Ölkə.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, muzdlu erməni silahlı dəstələrinin Qarabağa qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacaq:

“Mövcud vəziyyətdə muzdlu erməni dəstələrinin Azərbaycan ərazilərində hər hansı bir əməliyyat icra edə bilməsi və qarışıqlıq yaratması qeyri-mümkündür. Ona görə ki, Azərbaycan Silhalı Qüvvələri ərazi bütövlüyümüz və təhlükəsizliyimiz adına lazımlı bütün addımları atmaqdadır və tədbirlər görməkdədir.

Qaldı ki, Sülhməramlı Qüvvələrin muzdlu erməni silahlı dəstələrinə Qarabağ gəlmələrinə izin verdiyi halda Qarabağ ərazisində qalmasına, bu, özü də başqa bir məsələdir. Çünki onların da 10 noyabr bəyanatına əsasən bəlli bir öhdəlikləri var. Öhdəliklərinin də ən başında Azərbaycan ərazilərində olabiləcək erməni əsilli teroristlərin tərkisilah edilib ərazilərimizdən çıxarılması idi.

Bu olmadığı təqdirdə və buna zidd davranışlar açıq-aşkar sərgilənərsə, təbii ki, artıq sülhməramlıların Azərbaycan ərazisini tərk etməsinə ehtiyac olacaqdır. Davamlı olaraq əlbəttə ki, sülhməramlı qüvvələrin ikili standartlarda davrandıqlarının dəfələrlə şahidi olmuşuq və buna qarşıda etirazlarımız rəsmi qaydada bəyan edilib. Bundan gərəkli dərslər alındığını düşünürəm. Amma gələcəkdə təkrar olaraq muzdlu erməni silahlı dəstələrinin ərazilərimizə qanunsuz gəlişinə icazə veriləcəyi təqdirdə daha sərt addımlar atılacağı da istisna edilmir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın son açıqlaması zamanı bildirib ki, “Xidmətə yeni qəbul olunan çağırışçıların püşkatma mərasimi ərazi bölmələrində yayımlanır, valideynlər oturub bütün prosesi izləyirlər. Püşkatmada Qarabağ ərazisi yoxdur. Biz Qarabağa müqaviləli hərbçiləri göndəririk”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
İrəvan Qarabağa “ordu” göndərir – Rusiya səssiz qalsa Azərbaycan vuracaq

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica