featured

İranlı general: Qoşunlarımız Azərbaycan sərhədində yerləşdirilib

“İran Ordusunun quru qoşunlarının əldə etdiyi strateji və taktiki uğurlar nəticəsində ölkənin bütün sərhədlərində stabil təhlükəsizlik yaradılıb”.

AMİA.AZ xəbər verir ki, bunu İran Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Kumars Heydəri bildirib. Onun sözlərinə görə, İran ordusu edilən struktur dəyişiklikləri sayəsində silah, pilotsuz uçuş aparatları və tank əleyhinə sistemlərin istehsalı sahəsində özünü təmin edə bilib.

Generalın sözlərinə görə, İran ordusunun quru qoşunları ölkənin qərb və şimal-qərb sərhədlərində, eləcə də cənub sərhədində, şərq və cənub-şərq sərhədlərində yerləşdirilib.

O, həmçinin ali dini rəhbər Xameneyinin göstərişlərinə toxunaraq qeyd edib ki, bu, hər bir ölkədə təhlükəsizliyin əsas komponentlərindən biridir.

İranlı general əlavə edib ki, ordu qüvvələri daim öz müdafiə qüdrətini artırmaqla sabit təhlükəsizliyi təmin etməyə çalışır.

Xatırladaq ki, İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunub.Cebhe.info

Sizinxeber.Az

İranlı general: Qoşunlarımız Azərbaycan sərhədində yerləşdirilib

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!