İranda etiraz aksiyalarında iştirak edən 880 nəfər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, iğtişaş törədənlər mühakimə olunacaqlar.
Bundan əlavə, təhlükəsizlik qüvvələri vilayət ərazisində yandırıcı qarışıqların istehsalı ilə məşğul olan və vandalizm aktları törətmək niyyətində olan dəstəni müəyyən etməyə nail olub. Onların üzərindən molotov kokteyli və kəsici silahlar tapılıb.
Sizinxeber.Az