Sizin Reklamınız Burada ola bilər!
İran Venesuelada neft emalı zavodunu işə salıb
İran Venesuelada neft emalı zavodunu işə salıb

İran Venesuelada neft emalı zavodunu işə salıb

İran Venesuelada “El Palito” adlı ilk neft emalı zavodunu işə salıb.
Bu barədə bazar günü İranın neft naziri Cavad Ovci bildirib.
Onun sözlərinə görə, yeni neft emalı zavodunun gücü sutkada 100 min barreldir. Nazir həmçinin İran yanacağının İslam Respublikası hüdudlarından kənarda emalı üçün zavodların tikintisinin gələcəkdə də davam etdiriləcəyinə ümid etdiyini bildirib.
“Venesuelada neft emalı zavodunun işə salınması İranın xaricdə neft obyektlərinin tikintisinin inkişafı istiqamətində atılan ilk addımdır. Biz ümid edirik ki, bu sahədə planlarımızı həyata keçirə biləcəyik”, – deyə nazir bəyan edib.
Qeyd edək ki, iyun ayında Tehranda İran və Venesuela arasında hərtərəfli strateji əməkdaşlıq haqqında 20 illik müqavilə imzalanıb. İran artıq Venesuelaya Kardon neft emalı zavodunu modernləşdirməyə kömək edir və ölkəni öz istehsalı olan üç tankerlə təchiz edib.
Mənbə: TASS

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
İran Venesuelada neft emalı zavodunu işə salıb

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Giriş Yap

Yandex.Metrica