Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

İran prezidenti İlham Əliyevi təbrik edib

İran prezidenti İlham Əliyevi təbrik edib
İran prezidenti İlham Əliyevi təbrik edib

İran prezidenti İlham Əliyevi təbrik edib
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
AZƏRTAC-ın xəbərinə görə, təbrik məktubunda bildirilir:
“Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
İran və Azərbaycan xalqlarının ortaq dini və tarixi, eləcə də xalqlarımız arasında mövcud olan qırılmaz tellər hazırkı yeni dövrdə iki ölkə arasındakı münasibətlər üçün dərin dayaq və möhkəm əsaslar yaratmışdır. Xalqlarımız arasındakı həmin tellərə söykənərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran İslam Respublikası hər zaman qarşılıqlı mənafeyimiz çərçivəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə genişləndirilməsinə səy göstərmişdir.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları və sahələri daha da genişlənmişdir. Ümidvaram ki, iki ölkə xalqlarının qarşılıqlı mənafeyinə və istəyinə uyğun olaraq, hər iki tərəfin səyləri nəticəsində həmin imkanlardan istifadə ediləcəkdir.
Sonda İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının önəmli yer tutduğunu vurğulayaraq, qardaş Azərbaycan Respublikası ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səy göstərdiyimi bildirirəm.
Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının bütün xalqına isə uğurlar və xoş günlər arzulayıram”.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
İran prezidenti İlham Əliyevi təbrik edib

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!