Sizin Reklamınız Burada ola bilər!
İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır, müharibə... - Siyavuş Novruzov
İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır, müharibə... - Siyavuş Novruzov

İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır, müharibə… – Siyavuş Novruzov

Hesab etmirəm ki, İranla diplomatik əlaqələrin kəsilməsi kimi ciddi addım atmağa ehtiyac var. Hələlik elə mərhələ deyil ki, səfirliklər bağlansın, səfirlər geri çağırılsınlar. İran tərəfi də məsuliyyətini dərk edib, bu addımlarına son qoymalıdır. Azərbaycanı təhdid etməyin heç bir əsası yoxdur. Hazırkı şəraitdə hər bir dövlət yalnız təhlükəsizliyi üçün çalışmalıdır, nəinki başqa bir dövlətləri təhdid etməyə. Sadəcə, hər kəs mövqeyini ortaya qoyur. İranın etdiyi hərəkətlər, təbii ki, bəlli hərəkətlərdir. Dəfələrlə qeyd etmişik, heç bir əsas olmadan Araz çayı kənarında hər hansı hərbi təlimin keçirilməsinə ehtiyac yoxdur. Hərbi təlim o ərazidə keçirilir ki, oradan təhlükə gözlənilir. Azərbaycan tərəfindən isə İrana qarşı hansısa təhlükə yoxdur.

Yenipress.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, İran Sərhəd Qoşunlarının təlimini keçirsəydi, başadüşülən olardı:

“Ağır texnikanın sərhədə yığılması, Araz çayı üzərində körpülər salınması və s. – İran bütün bunlarla güc nümayişi göstərir. Digər tərəfdən, binanın malası qurumamış, mala işləri gedən yerdə dərhal, tələm-tələsik konsulluq açdılar. Bilinmir ki, o bina ticarət mərkəzidir, hansısa obyektdir, yaxud Baş Konsulluğun açılışıdır. Orada heç nə yox idi, üç şar asmışdılar… Konsulluğun tələsik açılmasından aydındır ki, bu da Azərbaycan tərəfinə göndərilən bir mesajdır.

İranın “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” mesajının ardınca İrandan silah almaq məqsədilə Ermənistanın dövlət büdcəsindən vəsait ayrıldı. Bütün bunlarla tərəflər mövqelərini ortaya qoyurlar. Azərbaycan sülh sazişinə hazırlaşır, beş baza prinsipi əsasında Ermənistanla sülhün bağlanması istiqamətində addımlar atır, Ermənistandan Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməsini, sərhədlərin dəqiqləşdirilməsini, həmin sərhədlər əsasında bir-birinin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasını tələb edir. Bununla İrana hansı ziyan dəyir ki, bu cür addımlar atır, başım çıxmır”.

Deputat İranla Azərbaycan arasında müharibə ehtimalını isə belə dəyərləndirib:

“Bu, qeyri-mümkün məsələdir. İran ərazisində kifayət qədər azərbaycanlı yaşayır. İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır. Belə halda Azərbaycanla heç bir müharibə ola bilməz”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır, müharibə… – Siyavuş Novruzov

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica