Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

İqbal Babayev Saliyevlə görüşdü

İqbal Babayev Saliyevlə görüşdü
İqbal Babayev Saliyevlə görüşdü

İyunun 13-də Dövlət Gömrük Komitəsində Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyevin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərdən bəhs edib, iki ölkənin eyni tarixi köklərə və dəyərlərə sahib olduğunu vurğulayıb. Komitə sədrinin müavini Azərbaycan və Qırğızıstan rəhbərləri arasında dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən gömrük sferasında səmərəli və işgüzar əlaqələrin qurulmasına şərait yaratdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, gömrük sahəsində səmərəli əməkdaşlıq Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artırılması və Şərq-Qərb nəqliyyat dəhlizi üzərindən tranzitin inkişafı üçün mühüm imkanlar yaradıb.

Azərbaycan gömrüyündə həyata keçirilən islahatlardan da danışan İqbal Babayev bildirib ki, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi ilə reallaşdırılan yeniliklər hesabına beynəlxalq ticarətin asanlaşdırılması, tranzitin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. O da qeyd olunub ki, gömrük sahəsində beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verən Azərbaycan gömrüyü əldə etdiyi qabaqcıl təcrübəni bir sıra ölkələrlə paylaşır və Qırğızıstanla da bu istiqamətdə səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün zəruri addımlar atılacaq.

Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, iki ölkənin gömrük orqanları arasında səmərəli əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Almaz Salıyev Qırğızıstanda gömrük sisteminin inkişafı üçün xüsusi proqram hazırlandığını və bir sıra ölkələrin təcrübələrinin öyrənildiyini bildirib. Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübənin ölkəsində tətbiqinin daha faydalı olacağına əminliklərini ifadə edən qonaq, bu məqsədlə nümayəndə heyətinin tərkibinə aparıcı sahələrin mütəxəssislərinin daxil edildiyini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, risklərin idarəolunması sisteminin tətbiqi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Görüşdən sonra nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qırğızıstan nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 17-dək davam edəcək.

Səfər zamanı qonaqlar Azərbaycan gömrük xidmətinin əldə etdiyi qabaqcıl təcrübəni öyrənmək məqsədilə bir sıra görüşlər keçirəcək, eyni zamanda ərazi və ixtisaslaşmış gömrük orqanlarında tətbiq olunan yeniliklərlə yaxından tanış olacaqlar.

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
İqbal Babayev Saliyevlə görüşdü

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!