Tramp Messi, Ronaldo və Keynin oyununu yüksək qiymətləndirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2026
03:30
ff aaaaaaa

Tramp Messi, Ronaldo və Keynin oyununu yüksək qiymətləndirib

18 iy, 2026
03:30
239

Tramp Messi, Ronaldo və Keynin oyununu yüksək qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp Argentina, Portuqaliya və İngiltərə milli komandalarının kapitanları Lionel Messi, Kriştianu Ronaldu və Harri Keynin oyununu yüksək qiymətləndirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ lideri Manhettendəki "Trump Tower" binasında Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonun iştirakı ilə keçirilən tədbirdə bildirib.

"Messi necə də möhtəşəmdir. O, Kanzas-Sitidə (Argentina millisi ilə Əlcəzair yığmasının oyunu zamanı - Qeyd) het-trik müəllifi oldu və bildiyim qədərilə het-trik çox nadir hadisədir. Böyük oyunçular xüsusi istedadla doğulurlar. Bilirəm ki, Ronaldu onlardan biridir, mən onunla tanışam, o, əla insandır. İngiltərədə də möhtəşəm oyunçu var və mən onunla qolf oynayıram. Bu, Harri Keyndir, o, özünü fantastik göstərib. Düşünürəm ki, onu müdafiəyə qoymaq səhv qərar idi", - deyə Tramp əlavə edib.

Dünya çempionatının final oyunu 19 iyulda ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək. Finalda Argentina və İspaniya milli komandaları qarşılaşacaq. Argentina yığması turnirin hazırkı qalibidir. Daha əvvəl bildirildiyi kimi, kuboku qalib komandaya Donald Tramp təqdim edəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul