Hitlerin hücumundan əvvəl SSRİ-nin Almaniyaya nə qədər borcu var idiSizinxeber.az – Azərbaycan Xəbərləri

9 Mart 2021 - 04:53

Hitlerin hücumundan əvvəl SSRİ-nin Almaniyaya nə qədər borcu var idi

Hitlerin hücumundan əvvəl SSRİ-nin Almaniyaya nə qədər borcu var idi
ƏLAVƏ OLUNUB :

17 İyul 2020 - 23:11

SSRİ yaradılanda imperiyanın iqtisadi vəziyyəti heç də yaxşı deyildi. Çar Rusiyasından xeyli borclar qalmışdı. Yeni iqtisadi istiqamətlər, münasibətlər yaratmaq lazım idi. Zamanla borclar bir az da artdı, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün olmadı. Bizimyol.info xəbər verir ki, SSRİ-nin əsas kreditoru Almaniya idi. 1931-ci ilin sonunda borcun 1.4 milyard rubl oludğu müəyyənləşmişdi. Bunun 1.13 milyard rublu (700 milyon marka) Almaniyanın payına düşürdü. Halbuki bundan 6 il əvvəl borc 7 dəfə az (100 milyon marka) idi. SSRİ-yə təkcə dövlətlər yox, ayrı-ayrı müəssisələr də borc verirdi. Məsələn, ABŞ banklarına kreditlər üzrə 350 milyon rubl faiz ödənmişdi. Almaniya bankları da kənarda qalmamışdı. Nasist hökumətinin zəmanəti ilə 1935-ci ildə SSRİ-yə 200 milyon marka kredit verilmişdi. 1938-ci ildən SSRİ ilə Almaniyanın münasibətləri bir az da istiləşmişdi. Sovet İttifaqına ard-arda kredit verilirdi. Həmin ilin avqustunda sənaye avadanlıqlarının alınması üçün Almaniya 200 milyon marka göndərdi. Sonra yenə borc. Ardınca Almaniya bankları bir daha dövriyyəyə girdi. Hitlerin hücumundan əvvəl indiki məzənnə ilə milyardlarla dollar borcdan söhbət gedirdi. Bəs borcun taleyi necə oldu? Heç nə, SSRİ müharibədə qalib gələn tərəf kimi almanlara bir qəpik də vermədi. Amma Sovet İttifaqı təkcə Almaniyaya qarşı ədalətsiz mövqe tutmamışdı. İkinci Dünya Müharibəsindən sonra ABŞ SSRİ-nin borcunun 1.3 milyard dollara çatdığını bildirirdi. Sovetlər isə yalnız 170 milyon dollardan söhbət gedə biləcəyini deyirdilər. Həmin borclar hələ də Rusiyanın boynundadır. Amma şimal ölkəsi inflyasiya amilini əsas silah kimi istifadə edir. Ruslar borcun qəpik-quruş olduğunu bildirir.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.