Çar Nikolayın qəbrini açacaqlarSizinxeber.az – Azərbaycan Xəbərləri

7 Mart 2021 - 17:27

Çar Nikolayın qəbrini açacaqlar

Çar Nikolayın qəbrini açacaqlar
ƏLAVƏ OLUNUB :

17 İyul 2020 - 23:10

1917-cu ilin oktyabr inqilabına qədər Rusiyaya rəhbərlik etmiş II Nikolayın qəbrinin açılacağı ilə bağlı xəbərə hökumətdən rəsmi reaksiya gəlib. Kremlin sözçüsü Dmitri Peskov istintaq üçün çarın şlyapasının 3D modelinin yaradılacağı məsələsini əhəmiyyətsiz adlandırıb. Dmitri Peskov Dmitri Peskov Bizimyol.info xəbər verir ki, Peskov xəbərə bir az da ironiya ilə yanaşıb. “Bolşeviklər çar ailəsini güllələyib. Nə fərqi var ki, orada şlyapa 3D və ya 2D olacaq”, – Kremlin mətbuat katibi belə deyib. Rusiya İstintaq Komitəsinin rəhbəri Marina Molodtsova “İzvestiya”ya müsahibəsində çox maraqlı məsələyə toxunub. O, II Nikolayin Yekaterinburqdakı qalıqlarını araşdırma üçün qəbirdən çıxaracaqlarını bildirib. Onun şlyapasının 3D modeli qalıqların həqiqətən çara məxsus olub-olmamasını dəqiqləşdirmək üçün lazımdır. Çünki bununla bağlı xeyli söz-söhbət var. Deyilənə görə, Nikolayın meyiti sulfat turşusu ilə yandırılıb. Romanovlar nəslindən olan II Nikolay 23 il Rusiyaya başçılıq edib. Bolşeviklər onu və ailəsini 1918-ci il iyulun 17-də Yekaterinburqda güllələmişdilər. 1999-cu ildə həmin qətl hadisəsi ilə bağlı istintaqın başa çatdığı elan olunmuşdu. Amma Nikolayın övladları – Aleksey və Mariyanın qalıqları aşkarlanandan sonra 2007-ci ildə iş bərpa edilib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.