Sizinxeber.az – Azərbaycan Xəbərləri

Astronomlar yumurtaya oxşayan planet aşkar edib

Astronomlar yumurtaya oxşayan planet aşkar edib
8 dəfə Baxılıb
02 Avqust 2019 - 23:05

Astronomlar daim axtarışdadır. Günəş sistemindən kənarda olsa belə, yeni planetlər üzə çıxarmağa çalışırlar.
Bizimyol.info xəbər verir ki, astronomlar yumurtaya oxşayan planet aşkar ediblər. Korma ulduzlar sistemindəki planet ənənəvi kürə formasında deyil. WASP-121b yumurtaya daha çox bənzəyir. Əvvəllər astronomların uzaq planet haqda müəyyən təsəvvürü vardı. Amma bir çox detallar indi müəyyənləşir.
ABŞ-dakı Baltimor Universitetinin professoru Devid Sinq deyir ki, planeti qeyri-adi xarakterinə görə dörd ilə yaxındır izləyirlər: “Planetin qabıqlarında maqnezium, dəmir və digər metalların izlərini tapmağa çalışırdıq. Bunu bizdən belə uzaq məsafədə tapdığımıza çox təəccübləndik”.
Astronomlar son 10 ildə başla ulduzlar sistemində minlərlə planet aşkar edib. Bunların əksəri ölçülərinə görə Yer kürəsinə yaxındır. İndi planetoloqlar həmin ulduzların atmosferini öyrənməyə çalışır.
WASP-121b Yer kürəsindən çox uzaqdır. Arada 850 işıq ili məsafə var.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]