ilbet
İnfeksionist: “Yoluxma dalğası genişlənərsə, karantin rejiminin sərtləşdirilməsi mümkündür”
  • Sizinxeber.az –
  • Cəmiyyət
  • İnfeksionist: “Yoluxma dalğası genişlənərsə, karantin rejiminin sərtləşdirilməsi mümkündür”

İnfeksionist: “Yoluxma dalğası genişlənərsə, karantin rejiminin sərtləşdirilməsi mümkündür”

Abunə Ol
Dekabr 29, 2021 20:15
İnfeksionist: “Yoluxma dalğası genişlənərsə, karantin rejiminin sərtləşdirilməsi mümkündür”
0

BƏYƏNDİM

ABUNƏ OL

İnfeksionist: “Yoluxma dalğası genişlənərsə, karantin rejiminin sərtləşdirilməsi mümkündür”
Azərbaycanda pandemiya nəzarətdə saxlanılır, vəziyyət stabil və idarə olunandır. Yoluxma sayı getdikcə azalır.
Bunu Trend-ə açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
Onun sözlərinə görə, hazırda dünyanı bürüyən “Omikron” ştammı qonşu ölkələrdə sürətlə yayılmaqdadır. Bu, ölkəmiz üçün riskin çox yaxın olduğunu bildirir. Lakin “Omikron” ştammın ölkəmizə gəlməməsi üçün lazımi tədbirlər görülməlidir.
“Vətəndaşlarımız virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olunduğunu unutmamalıdırlar. İkinci doza vaksinasiya olan kifayət qədər vətəndaşımız var. Buna baxmayaraq üçüncü dozanı vurdurmaq tövsiyə olunur. Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi bir neçə dəfə yüngül keçirirlər. Üçüncü doza vaksin olunmanı altı ayı gözləmədən vurdurmaq lazımdır. Vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi bir neçə dəfə yüngül keçirirlər. Azərbaycanda digər ölkələrdəki kimi sərt tədbirlər tətbiq olunmayıb. Lakin bayram günlərində insanlar daha çox qapalı məkanlarda vaxt keçirəcəklər. Buna görə də təhlükəsizlik tədbirləri unudulmamalı, karantin rejiminin tələbləri yerinə yetirilməlidir. Yoluxma dalğasının genişlənəcəyi və əhaliyə, ölkənin səhiyyə sisteminə təhlükə yaranacağı təqdirdə karantin rejiminin sərtləşdirilməsi mümkündür”, – deyə o bildirib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 443 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 784, ötən müddət ərzində isə ümumilikdə 5 832 974 test aparılıb.

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.