Sizin Reklamınız Burada ola bilər!
Sizin Reklamınız Burada ola bilər!

İndi də ərlərimizi kişilərə qısqanaq?

İndi də ərlərimizi kişilərə qısqanaq?
İndi də ərlərimizi kişilərə qısqanaq?

Qadının həyat yoldaşını öz həmcinsi ilə yaxalaması xəbərini eşidəndən bəri özümə gələ bilmirəm; bu olayı necə reaksiya verə biləcəyimi və ümumiyyətlə, hadisənin mahiyyətini aydınlaşdırmağa, adını tapmağa çalışıram.

Yox, elə düşünməyin ki, mən sadəlövhəm və cəmiyyətimizdə nə baş verdiyindən xəbərsizəm. Hamınız kimi bu “azlıqlar” haqda müfəssəl bilgim var: hətta haralara toplandıqları, onların necə himayə olunduqlarını da bilirəm…

Bəs, niyə bu olayı dəhşətlə qarşıladım?

Çünki hər zaman “gey”lik, lezbiyanlıq, homoseksuallıq fərdiyyətçiliyi ilə özünü göstərib, amma ilk dəfədir ki, ailələrimizin içinə necə girdiyi və necə dəhşətlərə yol açdığını tam çılpaqlığı ilə müşahidə edirik.

İlk dəfədir ki, “azlığın” sürətlə çoxaldığı, sərhədlərimizi işğal etdiyini görürük.

Artıq heç kim sığortalanmayıb, bu təhlükə hər bir ailənin qapısını döyür.

Bu hücumlar qadınların kişi arzusunu öldürür, analığını məhv edir, bütövlükdə cəmiyyətin kişiliyini təhdid edir.

Fərqinə varmırıq, üstünü örtürük bu problemlərin – necə ki, narkomaniyaya müqavimət göstərməkdə gecikirik. Ancaq narkomaniya şəklində cənubdan, Şərqdən, homoseksuallıq şəklində şimaldan, Qərbdən gələn bu hücumlar ailə institutumuzu, genefondumuzu darmadağın edir.

Bu hadisələr altşüura yeridilən informasiya minalarıdır…

Sosial şəbəkələrdə bununla bağlı müzakirələrin altındakı bir kommet diqqətimi çəkdi. Xanım yazırdı ki, ərimi uzaqdan bir adamla gördüm, həyəcanlı halda yaxınlaşdım və yanındakının qadın olduğunu biləndə çox rahatladım…

Bəlkə də bir zarafat, bəlkə də ironiyadır – ancaq bu ironiya-zarafatın altında gerçək reallığın təfəkkürümüzdəki assosiasiyası dayanır: indi qadınların bu olaya reaksiyasını təsəvvür edə bilirsinizmi?

Homoseksuallar hər zaman olub, amma heç vaxt bu azlıq bizim ailə institutunun, ailə dəyərlərimizin, böyük mənada toplumun bir hissəsinə, parçasına çevrilməyib. İndi birdən-birə bu dəyərlərimizin içərisində basdırılan mina partladı…

Bu, ilk partlayışlardandır – gözləmədiyimiz, ummadığımız, ağlımıza gəlməyən yerdə baş verdi: partlayışın zərbəsi şüurlarda əks-səda verir, min illərdir formalaşan təsəvvürlər çilik-çilik olur: qadınların kişiyə sığınma qanununu dağıdır, onu təbii halından çıxarır.

Altşüura yerləşdirilən mina partlayışı bütün şüurumuzu silkələyir. Bəlkə də ilk dəfədir ki, belə bir halın bizim cəmiyyətdə də mümkünlüyü zədəsinin təsiri altındayıq. Nəticə necə olacaq?

Qızların, qadınların təfəkküründə kişi, ər obrazı var: homoseksuallar fərdi olaraq hər zaman bu obrazdan çox-çox kənarda olub. Ancaq indi bir “ər”i bu obrazda görürük; indi bir kişi bu obrazda qarşımıza çıxır.

Bir qadın üçün bundan böyük faciə varmı görəsən?! Bəlkə, indi də kişiləri elə öz həmcinslərinə “qısqanaq”?! Bunun adı nədir? Xəyanət?!

Bunun adını min il də axtarsaq, tapa bilməyəcəyik. Çünki min illərdir cəmiyyətdə bu cür insanlar olsa da, Azərbaycan xalqı onlara ad qoya bilməyib – indi işlətdiyimiz adlar da – homoseksual, “gey”, lezbiyan – heç biri bizim deyil.

Ana dilimizdə onların adı yoxdur, olmayıb, olmayacaq.

Ancaq biz guya ana dilimizi qoruya bilirikmi?

Biz bu dilin təfəkkürü ilə düşünə və yaşaya bilirikmi?

Sizinxeber.Az
0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
1
t_cc_bl_ndim
Təəccübləndim
İndi də ərlərimizi kişilərə qısqanaq?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Et

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!